“Heydər Əliyev Kuboku - 2013” mini futbol üzrə beynəlxalq turnirin növbəti ölkə üzrə seçim mərhələsi bu gün Avstriyada keçirilib. Qol.Az-ın məlumatına görə, yarışın açılış mərasimində Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev, Azərbaycan Akademik Assosiasiyasının sədri Elvin Süleymanov və çoxlu xarici qonaqlar iştirak edib. 
Tədbiri Azərbaycan Akademik Assosiasiyasının sədri Elvin Süleymanov açıb. Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyevə isə çıxışında turnir barədə geniş məlumat çatdırıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan turnir 8 ölkəni – Böyük Britaniya, Çexiya, Almaniya, Ukrayna, Avstriya, Rusiya, Rumıniya və Litvanı əhatə edir. Bu ölkələrin hər birində yerli həvəskar komandalar turnirin milli seçim mərhələsinin qalibi adı uğrunda mübarizə aparır. Hər bir ölkə üzrə qalib komandalar mayın ortalarında Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanır. Aprelin 20-də start verilən turnirin ölkə üzrə seçim yarışları artıq Böyük Britaniyada, Ukraynada, Almaniyada, Çexiyada və Litvada başa çatıb.
Səfir Qalib İsrafilov turnirin keçirilməsini yüksək qiymətləndirib. O, Avropada gənc soydaşlarımızın bir araya gəlməsi, onların ümummilli lider Heydər Əliyev ideyaları ətrafında toplaşmasında turnirin böyük əhəmiyyəti olduğunu deyib. Eyni zamanda bu turnirin əcnəbilər arasında Azərbaycanın tanıdılması işinə böyük töhfə olduğunu da vurğulayıb.
Azərbaycan Akademik Assosiasiyasının nümayəndəsi Elturan Allahquluzadə oyunun qaydaları barədə məlumat verib. Sonda isə Azərbaycan Akademik Assosiasiyasının idarə heyətinin üzvü Baxış Əliyev komandalara uğurlar arzulayıb. Rəsmi mərasim bitdikdən sonra yarışa start verilib.
Azərbaycanlı, türk, gürcü, qazax, özbək, avstriyali, alman və Bosniyalılardan ibarət komandalar “Heydər Əliyev Kuboku” uğrunda mübarizə aparıblar.
Xatırladaq ki, “Heydər Əliyev Kuboku-2013” Azərbaycanın Gənclər və İdman Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Odlar Yurdu Təşkilatı tərəfindın təşkil olunub.

"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
Avropa Liqasında İngiltərə derbisi
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı