"Simurq"un braziliyalı legioneri Anderson Oliveyra klubun rəsmi saytına müsahibə verib.
- Anderson, özünü burada necə hiss edirsən?
- Çox yaxşı. Burada hər kəs mənə qarşı yaxşı davranır. Hər şey qaydasındadır.
- Necə oldu ki, “Simurq”un təklifini qəbul etdin?
- Braziliyada olarkən burdan təklif gəldi. Məndə dəyərləndirdim və qəbul edib gəldim. Bir müddət baxışda oldum. Daha sonra müqavilənin şərtlərini müzakirə edib, razılığa gəldik.
- Komandaya uyğunlaşmaqda çətinlik çəkmədin?
- Burada uyğunlaşmaqla bağlı heç bir problemim olmadı. Ən böyük çətinliyim dillə bağlı oldu. Çünki Azərbaycan və Rus dilində bilmədiyimdən ilk günlər problem yaradırdı. Ancaq artıq hər şey qaydasındadır. İngilis dilində fikirlərimi izah edirəm. Komandamın uğurları haqqında Braziliyada yaşayan ailəmə tez-tez məlumatlar verirəm.
- Premyer Liqanın səviyyəsi gözlədiyin kimidir?
-Mənim üçün çox yaxşı çempionatdır. Gərgin oyunlara çıxırıq. Məncə hər bir futbolçunun arzusudur ki, bu cür liqadalarda forma geyinsin.
- “İnter”lə oyunda böyük hesablı məğlub olmağımızda əsas səbəb nə görürsən?
- Bu oyunun nəticəsi həqiqətən bizim üçün acınacaqlı oldu. Buna görə çox məyusuq. Oyun ərzində çox çalışdıq ki, vəziyyəti düzəldək. Ancaq meydanda az qalmağımız buna imkan vermədi.
- “Bakı” ilə oyuna hazırlıqlar necə gedir?
- Komandada hər bir kəs bu görüşə yüksək əhval-ruhiyyədə hazırlaşır. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Çalışacayıq ki, qalib gələn tərəf biz olaq. Çünki bununla son oyundakı uğursuz nəticənidə unutdurmaq istəyirik.
- Rəqibi necə dəyərləndirərdin?
- Çox texnikalı komandadır. Son oyunlarda yaxşı təsir bağışlayırlar. Ancaq onlarında zəif tərəfləri var. Bizdə bunlardan istifadə etməliyik.
- “Simurq”un Avroliqaya düşmək şansları haqqında nə düşünürsən?
- Düzünü desək, hazırki durumda şansımız çox aşağıdır. Ancaq biz buna baxmayaraq, sona qədər mübarizə aparacayıq.
- Növbəti mövsümdə “Simurq”da qalmağı düşünürsən?
- Burada qalmağımla bağlı heç bir problem yoxdur. Ancaq yenidən rəhbərliklə oturub bəzi şeyləri müzakirə etməliyik.
- Braziliyaya qayıtdığın zaman Azərbaycandan ən çox nəyi xatırlayacaqsan?
- Hələ ölkəmə nə vaxt qayıdacağımı bilmirəm. Ancaq burda mən özümə unudulmaz yeni dostlar qazanmışam. Onlarla bağlı xatirələrimi unutmaram.
- Braziliya ilə Azərbaycan arasında hansı oxşar və fərqli cəhətlər var?
- Oxşarlıq çəhətdən onu deyə bilərəm ki, ölkəniz getdikcə inkişaf edir və tez bir zamanda Braziliyaya çatacaq. Düşünürəm ki, Azərbaycan da tez bir zamanda Dünya Kubokuna ev sahibliyi edəcək. Fərqlilik baxımdan isə burada boş vaxtlarında əylənmək üçün o qədərdə çox yer yoxdur. Braziliyada isə hər yerdə var. Bakıda sizin ailənizlə birlikdə vaxt keçirmək üçün bir neçə variantınız ola bilər.
- Azərkeşlərlə münasibətləri necədir?
- Onlar möhtəşəmdirlər. Oyunlarımız zamanı bizə tam dəstək verirlər. Qarşılaşmalarda topla hansısa fənd edəndə hər kəs mənim adımı qışqırır, alqışlayır. Harda görsələr yaxınlaşıb şəkil çəkdirirlər. Bütün bunlara görə azərkeşlərimizə təşəkkür edirəm.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu