Zeynal Məmmədov narazıdır

XƏBƏR 6 Dekabr 2008 / 14:44 3437
-  A +

"Bakı" FK-nın baş meneceri Zeynal Məmmədov dünən keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalara görə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan narazı qaldığını bildirib. Qol.Az-ın "Bakı"nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, klubun baş meneceri Hakimlər Komitəsinin sədrinə cavab verib: "Dünən onun "Bakı" barəsində dediklərini üzülərək seyr etdik. O klubumuzdan “Simurq”- “Bakı” matçının fotoşəkillərini istəməyib. O, bu fotoşəkilin fotomontaj olmasını israrla bildirir. Onun bunu sübut etməsini tələb edirik! Məmmədov “Simurq”un stadionunda heç bir fotomüxbirin olmadığını bildirib. Lakin, klubumuzun sarı jilet geyinmiş, arxasında “BAKI FK PRESS” yazılmış müxbiri 90 dəqiqə meydançada olmuşdur. Bunu  Zaqatalada 3000 azarkeş gördüyü halda Xəqani Məmmədov görməmişdir". Həmin müxbir elə onun özünün  fotoşəkillərini də  çəkmişdir.  Əslində bu bizim üçün sürpriz deyil. Bu matçın hakimləri bir çox epizodlarda qayda pozuntularını görmədiyi kimi  AFFA hakimlər komitəsinin sədrinin də bu müxbiri görməməsi normaldır.  Biz “Bakı” FK olaraq Azərbaycan hakimlərinə hörmətlə yanaşırıq və mövzunu uzadaraq onlara zərər vermək istəmirik. Bu, bizim hakimlər haqqındakı son açıqlamamızdır. İnşallah bir daha onların səhvləri barəsində danışmağımıza ehtiyac qalmaz".

Son xəbərlər