Kuyt: “Amsterdama finala gedəcəyik”

Kuyt:  “Amsterdama finala gedəcəyik”
XƏBƏR 26 Aprel 2013 / 17:15 2201
-  A +

“Fənərbaxça”nın futbolçusu Dirk Kuyt UEFA Avropa Liqasının yarımfinalının ilk matçında “Benfika” ilə oyundan (1:0) sonra açıqlamalar verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı hücumçu əldə etdikləri qalibiyyətin ən böyük səbəbkarı baş məşqçiləri Aykut Kocamanın olduğunu deyib: “Baş məşqçimizi təbrik edirəm. Taktiki cəhətdən bizi yaxşı hazırladı. Rəqibə aid hər şeyi  öyrətdi. Bir sözlə, “Benfika”nı bizə əzbərlətdi. Şanssızlıqlara baxmayaraq, yaxşı oynayıb qələbə qazandıq. Özümüzə inanmağa davam edib, Amsterdama finala gedəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 2-də keçiriləcək.

Son xəbərlər
Topaz Desktop Banner