Topaz Premyer Liqasının 24-cü turda baş tutan "Turan” – "Rəvan” görüşündə qonaq komanda rəqibi böyük hesabla üstələyib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, həmin oyunda het-trik edərək görüşün əsas qəhrəmanlarından olan Xuan Manuel Varea həm də "Rəvan”ın tarixinə düşüb. Belə ki, o, "Rəvan"ın tarixində Premyer Liqa çərçivəsində 1 oyunda rəqib qapısından 3 top keçirən ilk futbolçu olub. Tovuzlularla növbəti oyun ərəfəsində argentinalı bombardir klubun rəsmi saytına danışıb.
Hazırda hesabında 13 qol olan və bombardirlər yarışında 3-cü pillədə qərarlaşan Xuan budəfəki oyunun daha çətin olacağını düçünür: "Unutmaq lazım deyil ki, öncəki oyunda ilk hissədən sonra uduzurduq. Sadəcə, həmin matçda fasilədən sonra fantastik çıxış etdik. Premyer Liqada heç bir komanda sənə havayı 3 xal verməz. Hamı döyüşür. Özü də hazırda rəqibimizin durumu elədir ki, hər xal onlar üçün qənimətdir. Elitada qalmaq uğrunda yarışda həlledici mərhələ başlayır deyə, "Turan” bu dəfə daha inadkarcasına oynayacaq. Onlar "Xəzər Lənkəran”dan xal alıb, sonra da "Kəpəz”i udublar. Deməli, bizə qarşı da vuruşacaqlar. Amma "Rəvan”ın da öz məqsədləri var. Hələ elitadakı yerimizi tam qətiləşdirməmişik. Ona görə də 3 xal bizə də vacibdir. Ümumiyyətlə, hər matçda meydana 3 xal dalınca çıxırıq. Sadəcə, bəzən nəsə alınmır və heç nəsiz qalırsan. Çalışacağıq ki, bu dəfə belə istisna olmasın”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır