“Xəzər Lənkəran” dünən keçirilən bərpa məşqindən sonra bu gün, səhər saatlarında Topaz Premyer Liqanın 28-ci turunda AZAL-la keçiriləcək matçın hazırlığına start verib.
Qol.Azın klubun saytına istinadən yaydığı xəbərə görə, Lənkərandakı bazanın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular Con Bencamin Toşakın rəhbərliyi altında saat yarım ərzində məşq prosesini davam etdirib.
Hazırda komandanın heyətində braziliyalı müdafiəçi Vanderson Skarduellinin zədəsi məşqçilər korpusunu narahat edən yeganə məqamdır. “Bakı” ilə cavab qarşılaşmasında zədələnən müdafiəçimizə “sağ ayaq pəncəsinin qapalı sınığı” diaqnozu qoyulub. Digər itki isə hücumçu Dimitrios Sialmasla bağlıdır. 27-cı turda “Sumqayıt”la qarşılaşmanın son dəqiqələrində qırmızı vərəqə alan forvard AZALla qarşılaşmada komandaya kömək edə bilməyəcək. Bu gün günorta saatlarında “Xəzər Lənkəran” doğma şəhərdəki hazırlığını başa çatdırıb Bakıya yola düşüb.
Qeyd edək ki, Lənkəran təmsilçisi sabah oyun öncəsi son məşqinə çıxacaq.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır