“Bakı” ilə Azərbaycan kubokunun yarımfinal matçının cavab oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” 1 mövsümlük fasilədən sonra yenidən bu yarışın finalına vəsiqə qazandı. 9 illik tarixində 5-ci dəfə buna nail olan “ağ-yaşıllar” 2 dəfə 1/4, 2 dəfə də 1/2 finalda mübarizəni dayandırıb.
İlk 2 mövsümündə finalın 1 addımlığında büdrəyən komanda sonradan "2 final, 1 1/4 final” ardıcıllığına əməl edir. 2006/07 və 2007/08 mövsümlərində kuboku Lənkərana gətirən klub növbəti yarışı 1/4 finalda dayandırdı. Sonradan yenə 2 il ardıcıl final oynayan Lənkəran təmsilçisi ötən mövsüm 1/4 finalda çıxışını başa vurdu.
1/4 finalda mübarizəni dayandırdıqdan sonra yenidən finala yüksələn “ağ-yaşıllar” əvvəlki 4 finaldan 3-də qalib gəlib. 4-cü dəfə mükafata yiyələnməyə çalışacaq komandamız bütün finallarını son 7 ildə gerçəkləşdirib. Kubokun 4 qat qalibi ilə finalda görüşəcək “Xəzər Lənkəran” həmin görüşdə bu göstəricidə rəqibinə çatmaqla Azərbaycan rekordunun şəriklərindən olacaq. Belə ki, kuboka hamıdan çox – “Neftçi” ilə “Kəpəz” hərəyə 4 dəfə yiyələnib.
2004/05 1/2 final
2005/06 1/2 final
2006/07 "Xəzər Lənkəran" - "MKT - Araz" (İmişli) - 1:0
2007/08 "Xəzər Lənkəran" - "İnter" (Bakı) - 2:0 əlavə vaxtda
2008/09 1/4 final
2009/10 "Bakı" - "Xəzər Lənkəran" - 2:1 əlavə vaxtda
2010/11 "Xəzər Lənkəran" - "İnter" (Bakı) - 1:1, pen. 4:2
2011/12 1/4 final
2012/13 "Xəzər Lənkəran" - "Neftçi" (Bakı)
lankaranfc.az
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır