Klopp: “Levandovskinin gedəcəyindən xəbərim yoxdur”

Klopp: “Levandovskinin gedəcəyindən xəbərim yoxdur”
XƏBƏR 26 Aprel 2013 / 01:12 2179
-  A +

Dortmund  “Borussiya”sının baş məşqçisi Yurgen Klopp futbolçusu Robert Levandovskinin trasnferi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, polşalı hücumçunun klubdan ayrılacağı ilə bağlı bir xəbəri olmadığını deyib: “Mənim bildiyim qədəri ilə Levandovski qalacaq. Önəmli olan bu mövsüm çox yaxşı oyun nümayiş etdirməyimizdir. Yeni mövsümdə nələr olacağı ilə bağlı indidən fikirləşməyə ehtiyac yoxdur. Çünki gələcəkdə nələr olacağını heç kəs bilə bilnəz”

Qeyd  edək ki, 24 yaşlı oyunçunun meneceri Levandovskinin klubdan ayrılacağını deyib. Klopp isə müqaviləsi davam edən futbolçuların menecerlerinin niyə danışdıqlarını anlamadığını bildirib.

Son xəbərlər
Topaz Desktop Banner