“Əlbəttə ki, nəticədən məmnun deyilik. Amma bu nəticədən sonra mərhələni keçə biləcək komanda varsa, o da bizik. “Uembli”də finalda oynaya bilərik. Cavab qarşılaşmasında üç qola ehtiyacımız var. Bunu da bacara biləcək gücdəyik. Əvvəllər də bu cür vəziyyətlərlə qarşılaşmışıq. Ancaq öz meydanımızda oynadığımız matçlarda istədiyimiz nəticəni əldə etmişik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Real”ın futbolçusu Pepe Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “ Borussiya” ilə oyundan (1:4) sonra deyib.
Portuqaliyalı müdafiəçi qarşılaşmanın ikinci hissəsində bir çox səhv etdiklərini qəbul edib: “Cavab matçında bu cür səhvləri etməsək və sona qədər mübarizə aparsaq, “Uembli”yə finala gedə bilərik”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı