“Qarabağ”ı müdafiəçisi Admir Teli üçün cari mövsümü başa çatıb. Qol.Az-ın məlumatına görə, buna futbolçunun “Bakı” ilə oyunda zədələnməsi səbəb olub.
Ardıcıl 88 oyuna çıxmaqla Azərbaycan rekordu qıran albaniyalı futbolçu həmin matçda zədələnərək əvəzlənməli olmuşdu.
“Qarabağ”ın rəsmi saytının məlumatına əsasən, müayinələrdən sonra məlum olub ki, 31 yaşlı futbolçunun sağ ayağı burxulma nəticəsində sıradan çıxıb. Eyni oyunda zədələnən Ansi Aqollinin durumu isə bir qədər yüngüldür.
“Qarabağ”ın fizioterapevti Murat Şahinoğlu bildirib ki, Admirin durumu daha ağırdır: “İlkin müayinə zamanı vəziyyətin ağır olması üzə çıxdı. Onun üzərində xüsusi müalicə proseduru yerinə yetiririk. Gələn həftə onu yüngül məşqlər etdirə bilərik. Amma bunun fəsadı da ola bilər. Ona görə də riskə getməyi düşünmürük. Normalda Admirin geri dönüşü üçün 1 ay lazımdır. Amma müalicənin verdiyi təsirin də böyük rolu var. Ansinin durumu daha qənaətbəxşdir. Hər halda Aqollinin bu mövsüm oynama şansı var. Onda əzələ gərilməsi var. Sıraya dönməsi üçün 10 gün lazımdır. Hazırlıq prosesini də nəzərə alsaq ,daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxma şansı var”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı