"Qəbələ" "Brügge"yə qalib gəldi

"Qəbələ" "Brügge"yə qalib gəldi
XƏBƏR 24 Aprel 2013 / 23:02 1960
-  A +

Təlim-məşq məqsədilə Hollandiyaya yollanan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası "zanbaqlar ölkəsi"ndə ilk yoxlama oyununu keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbəər görə, Belçika təmsilçisi "Brügge" ilə üz-üzə gələn "qırmızı-qaralar"ın ilk sınağı uğurlu alınıb. Matçın ilk dəqiqələrindən üstünlüyə yiyələnən Hüseynqulu Quliyevin yetirmələri yekunda 2:0 hesabilə qalib gəliblər. "Qəbələ"yə qələbə qazandıran qollara Xəyal Əmirli və Rövlan Muradov imza atıb.

Təmsilçimiz Hollandiyada növbəti oyununu sabah keçirəcək. Bakı vaxtı ilə 18:30-da baş tutacaq matçda "Qəbələ" yerli "Ayaks"la münasibətlərinə aydınlıq gətirəcək.

Son xəbərlər
Topaz Desktop Banner