“Oyuna artıq saatlar qalıb. Bu vacib qarşılaşmanı gözləyirik. İlk oyunda uduzsaq da, çalışacağıq ki, vəziyyəti xeyrimizə dəyişək. Onu da deyim ki, bizi çətin matç gözləyir”. Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Neftçi”yə qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.
Təcrübəli futbolçu komandanın oyuna ciddi itkilərlə çıxacağını bildirib: “İki təcrübəli futbolçumuz Ansi Aqolli və Admir Teli zədə səbəbindən bu oyunu buraxmalı olacaq. Bu futbolçular Albaniya millisinin üzvləridir. Xeyli müddətdir ki, komandamızda çıxış edirlər. Təbii ki, onların yoxluğu bizim üçün böyük itkidir. Amma inanıram ki, digər futbolçularımız onları layiqincə əvəz edə biləcəklər. Ən əsası biz komanda şəklidə oynayan kollektivik. Ona görə də, düşünürəm ki, onların yoxluğun hiss etdirməyə bilərik”.
Komandaların şanslarından da danışan kapitan “Neftçi”nin nisbətən şanslı olduğunu deyib: ”Neftçi” ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Bu baxımdan üstün tərəf “Neftçi”dir. Həm də rəqibimiz təcrübəli komandadır. Avrokuboklarda yaxşı təcrübələri var. Belə oyunları çox görüblər. Bizim də bu sahədə təcrübəmiz var. Ona görə də gərgin və maraqlı oyun keçəcəyi şübhəsizdir”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı