“Bavariya”nın futbolçusu Aryen Robben Çempionlar Liqasının yarımfinalının ilk matçında “Barselona” ilə oyundan (4:0) sonra açıqlamalar verib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, böyükhesabla qələbə qazanmalarına hələ də inana bilmədiyini deyib: “Amma meydanda ən yaxşı oyunu biz nümayiş etdirdik. Matç öncəsi hər kəs şansların bərabər olduğunu düşünürdü. Əldə etdiyimiz uğura görə qürur duyuruq”.
Hollandiyalı futbolçu hakimin nəticəyə təsir edən səhvə yol verib-verməməsi ilə bağlı sualı isə belə cavablandırıb: “Bu barədə danışmaq istəmirəm. Biz oynadığımız oyunu hər kəs gördü. Matçın hər saniyəsində mübarizə apardıq və rəqibə sadəcə bir şans verdik. Qələbə qazanmağa layiq idik”.
Cavab matçı haqqında isə Robben deyib: “Hələlik finalı düşünmürük. Çünki cavab qarşılaşması var. Ancaq bu qələbənin sevincini yaşayırq”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı