Topaz Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən (0:0) "Sumqayıt" Futbol Klubu hazırlığını Bayıl Arenada davam etdirir.
Qol.Az-ın məlumatına görə, kapitan Samir Abasov hazırlıq prosesi barəsində və qarşıdakı "Kəpəz"lə oyun haqqında fikirlərini klubun rəsmi saytına bildirib: "Son turda səfərdə "Xəzər Lənkəran"la qarşlaşmada qazandığımız bir xal bizim üçün olduqca əhəmiyyətlidir. Bu oyunda komandamız sözün əsl mənasında meydanda döyüşdü. Lənkəranda əsl futbol atmosferi hökm sürürdü. Baxmayaraq ki, tribunalarda əvvəlki oyunlardakı qədər azarkeş yer almırdı. Amma meydançanın durumu və hava şəraiti futbolçuları futbol oynamağa sövq edirdi. Səfərdə qazandığımız bir xal uşaqlarda ruh yüksəkliyi yaradıb. İndi sadəcə qarşıdakı "Kəpəz"lə oyunu düşünürük. Bu görüşdən maksimum nəticə ilə ayrılıb vəziyyətimizi bir qədər də yaxşılaşdırmaq istəyirik. Bundan sonra qazanacağımız hər xal bizim üçün qızıla bərabər olacaq".
Samir Abasov hazırda inşa olunan "Sumqayayıt" İdman Mərkəzi haqqında da danışıb: O, bir sumqayıt sakini kimi bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "İnanın, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun həyətindən içəri daxil olan kimi ürəyim açılır. Bəziləri hər iki meydançanın süni örtüklü olmasını tənqid edir. Amma gəlin reallıqla danışaq, bu şəhərin belə bir idman mərkəzinə ehtiyacı var idi. Buradakı uşaqların yerinə çox sevinirəm. Artıq balalarımız yüksək şəraitdə məşq edib futbolda ilk addımlarını atacaqlar. Bir Sumqayıt sakini kimi şəhərimizdə belə bir idman mərkəzinin salınmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Burada böyüyən uşaqların adından bu qərarı verənlərə çox sağol deyirəm".
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi