"Qarabağ" vaxtından əvvəl çempion oldu

"Qarabağ" vaxtından əvvəl çempion oldu
XƏBƏR 23 Aprel 2013 / 15:28 2881
-  A +

"Qarabağ"ın 13 yaşlılarından ibarət komandası çıxış etdiyi "Sabahın ulduzları" çempionatında finişə çatmamış qızıl medallara qovuşub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Elburus Rzayevin komandası  sona 2 tur qalmış  çempionluğunu rəsmiləşdirib. 15-ci turda "Şəfa"yla qarşılaşan "Qarabağ" Hümbət Ələkbərov, Səid Əliyev və Asim Mirzəyevin vurduğu qollarla 3:0 hesabıyla qalib gəlib.

Beləliklə ən yaxın rəqibi "Bakı"nı sona 2 tur qalmış 7 xal qabaqlayan komanda çempionluğu bayram edib.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner