Topaz Premyer Liqada antirekord

XƏBƏR 22 Aprel 2013 / 14:49 2250
-  A +

Topaz Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 27-ci turun “Dalğa Arena”da keçirilən “Kəpəz” – “Turan” matçını cəmi 30 tamaşaçı izləyib. Bu da çempionatın 27 turunun ən aşağı göstəricisidir.

Qeyd edək ki, bunadək cəza üzündən azarkeşsiz keçirilən “Qarabağ” – “Qəbələ” matçını nəzərə almasaq mövsümün ən aşağı tamaşaçı sayı 50-yə bərabər idi. Bu da 22-ci turun “Kəpəz” – “Simurq” matçında gerçəkləşmişdi. Gəncə təmsilçisinin Bakıdakı son oyununda isə həmin antirekord yeniləndi.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner