İtaliya çempionatında növbəti irqçilik

İtaliya çempionatında növbəti irqçilik
XƏBƏR 22 Aprel 2013 / 12:59 1794
-  A +

“Milan”ın qanalı yarımmüdafiəçisi Kevin-Prins Boatenq irqçi şüarlarla təhqir olunub. Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə A seriyasında “Yuvenstus”la oyundan əvvəl baş verib. Turinli azarkeşlər məşq zamanı Boatenqi təhqir ediblər. Buna cavab olaraq, qanalı futbolçu əlini dodaqlarına toxunduraraq azarkeşləri sakit olmağa çağırıb.

Xatırladaq ki, bundan öncə İtaliya çempionatında “Milan”ın başqa bir oyunçusu Mario Balotelli də iqrçiliklə üzləşmişdi.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner