Azərbaycanda 2012/2013-cü il futbol mövsümündə Avropa kuboklarına vəsiqə uğrunda mübarizə həlledici mərhələyə qədəm qoyub. Artıq Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsi və ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları arxada qalıb. Çempionatın son 3 turunda və ilk 1/2 final matçlarında baxımlı futbolla tamaşaçı marağını komandaların penaltiyə aludəçiliyi üstələyib. Elə bir tur olmayıb ki, ilk “6-lıq”dakı oyunların ən azı birində 11 metrlik cərimə zərbəsi təyin edilməsin. Üstəlik, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki görüşündə penalti qeydə alınıb. Bununla bağlı İdman Araşdırmalar Mərkəzi təhlil aparıb. Qol.az saytı həmin təhlili təqdim edir.
Topaz Premyer Liqası
XXV tur
6 aprel: “Neftçi” – “Qarabağ” - 1:2
Penalti ilə: Riçard Almeyda, 35 (“Qarabağ”) hesabı açıb.
XXVI tur
13 aprel: “Qəbələ” – “Bakı” – 1:1
Penalti ilə: Rauf Əliyev, 90 (“Bakı”) hesabı bərabərləşdirib.
XXVII tur
21 aprel: “Bakı” – “Qarabağ” – 0:1
Penalti ilə: Riçard Almeyda, 87 (“Qarabağ”) qələbə topunu vurub.
Azərbaycan kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar
17 aprel: “Neftçi” – “Qarabağ” – 2:1
Penalti ilə: Araz Abdullayev, 62 (“Neftçi”) hesabı açıb.
17 aprel: “Bakı” – “Xəzər Lənkəran” – 1:0
Penalti ilə: Marius Pena, 82 (“Bakı”) qələbə topunu vurub.
Yalnız “Neftçi” və “Qarabağ” arasında həm Premyer Liqa, həm də Azərbaycan Kuboku qarşılaşmalarında ilk qol “ağ nöqtə”dən vurulub. Qalan 3 görüşdə isə 11 metrlik cərimə zərbəsi son dəqiqələrə təsadüf edib. Penalti qərarları hərəyə 2 dəfə “Qarabağ” və “Bakı”nın, 1 dəfə “Neftçi”nin lehinə verilib. Bununla yanaşı, “Neftçi”, “Qəbələ”, “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə zərərçəkən tərəf olub. Son dəqiqələrdə verilən penalti qərarları 2 dəfə “Bakı”nın, 1 dəfə “Qarabağ”ın işinə yarayıb. Zərərçəkənlərdən yalnız “Qəbələ” və “Xəzər Lənkəran”a penalti vurma şansı tanınmayıb.
Ən maraqlı tendensiya isə ondan ibarətdir ki, XXV turda “Qarabağ”la matçda haqsız penalti cəzasına məruz qaldığını iddia edən “Neftçi” Azərbaycan kubokunun ilk yarımfinal matçında “Qarabağ”ı elə penalti ilə cəzalandırıb. Amma bu dəfə “Qarabağ” narazı qalıb və XXVII tura təsadüf edən “Bakı” ilə görüşü penalti ilə qazanıb. “Bakı”nın özü isə XXVI turda “Qəbələ”ni, Azərbaycan kubokunun ilk yarımfinal matçında isə “Xəzər Lənkəran”ı penalti zərbəsi ilə məyus edib. Əvəzində “Qəbələ” və “Xəzər Lənkəran” haqsız qərarla üzləşdiklərini iddia ediblər.
Penalti qərarını ən ən çox Anar Salmanov verib. O, Premyer Liqada “Qəbələ” – “Bakı”, ölkə kubokunda isə “Neftçi” – “Qarabağ” matçında “ağ nöqtə”ni göstərib. Rəhim Həsənov Premyer Liqada “Neftçi” – “Qarabağ”, Ramil Diniyev “Bakı” – “Qarabağ”, Vüsal Əliyev isə ölkə kubokunda “Bakı” – “Xəzər Lənkəran” oyununda 11 metrlik cərimə zərbəsi təyin edib.
Təhlillər onu göstərir ki, penaltiyə aludəçilik təkcə komandalarda deyil, hakimlərdə də müşahidə olunur. Sanki hakimlər komandaların narazılığını növbəti oyunlarda onların lehinə penalti təyin etməklə sığortalamağa çalışırlar. Bu isə ədalətli oyun qaydaları və tamaşaçı marağı ilə bir araya sığmır.
İdman Araşdırmaları Mərkəzi
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi