“Real”dan gözlənilməz addım

“Real”dan gözlənilməz addım
XƏBƏR 22 Aprel 2013 / 12:09 2980
-  A +

Madridin “Real” klubunun prezidenti Florentino Peres gözlənilməz addım atmağa hazırlaşır. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbər görə, Peres baş məşqçi Joze Mourinyonu komandada saxlamaq üçün ciddi islahatlara gedə bilər.

“El Pais” qəzeti bildirir ki, “Kral klubu” Mourinyo ilə münaqişədə olan qapıçı İker Kasilyas və Serxio  Ramosla yolları ayırmağa hazırdır.

Xatırladaq ki, Mourinyonun “Real”la müqaviləsi 2016-cı ildə başa çatır. Amma komandadaxili problem səbəbində portuqaliyalı mütəxəssisin bu mövsümün sonu Madridi tərk edəcəyi bildirilir.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner