Messi “Bavariya” ilə oyuna gedir

Messi “Bavariya” ilə oyuna gedir
XƏBƏR 22 Aprel 2013 / 11:22 2093
-  A +

“Barselona”nın Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə ilk matçı üçün Almaniyaya gedəcək heyəti məlum olub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ÇL-də PSJ ilə cavab oyununda zədələndiyi üçün La Liqada “Levante” və “Saraqosa” matçlarında forma geyə bilməyən Lionel Messi “Barsa”nın 21 nəfərlik heyətində yer alıb.

Argentinalı hücumçunun ilk on birlikdə oynayıb-oynamayacağı isə son həkim müayiənisindən sonra bilinəcək.

Qeyd edək ki, Maskerano və Puyol zədəli, Adriano isə cəzalı olduğundan heyətə daxil edilməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner