Madridin "Atletiko" klubunun seleksionerləri “Bakı” ilə əməkdaşlığa uyğun olaraq Azərbaycana gəliblər. Qol.Az-ın məlumatına görə, “Bakı”dan seçilmiş gənc azərbaycanlı futbolçular İspaniyanın dünyaca məşhur "Atletiko"nun bazasında təlim alacaqlar. Uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletiko"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.
Bu gün Daniel Gonsales Sanz, David Bellver və Xuanxo Rodrigez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neşə gün davam edəcək.
Bir həftə ərzində aparılan təhlillər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək "Bakı" futbol klubunun deyil, istənilən komandanın nümayəndəsi yer ala bilər.
Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq.
Seçilmiş uşaqlar yay aylarındna etibarən Madridə yollanaraq futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.
Layihənin bütün xərclərini "Bakı" futbol klubu qarşılayır.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı