"İnter"in futbolçusu əməliyyat olundu

"İnter"in futbolçusu əməliyyat olundu
XƏBƏR 20 Aprel 2013 / 15:28 1634
-  A +

Sarı vərəqə limitini aşan və buna görə Premyer Liqanın bu turunu buraxan "İnter"in gənc yarımmüdafiəşisi Fuad Bayramov dünən əvəzedici komandaların matçında iştirak edib.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  qarşılaşmanın ikinci hissəsində Fuad Bayramov ağır zədə alıb. Belə ki, gənc futbolçu uğursuz toqquşmadan sonra meydançanı tərk edib və dərhal klinikaya aparılaraq böyrəyindən əməliyyat olunub. Bundan sonra vəziyyəti stabilləşib.

Beləliklə, futbol mövsümünü gənc oyunçu üçün  bitmiş hesab etmək olar. Gözlənilir ki, Fuad Bayramov məşqlərə ən yaxşı halda bir aydan sonra qayıda bilər. 
 

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner