Mourinyo: "Klopp çox danışır"

Mourinyo: "Klopp çox danışır"
XƏBƏR 20 Aprel 2013 / 12:55 2787
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo ÇL-nin yarımfinalında rəqibləri olacaq “Borussiya”nın (Dortmund) baş məşqçisi Yurgen Klopp haqda açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Mourinyo bir müddət əvvəl Kloppun onun haqqında dediyi fikirlərə (Zəif tərəfimizi görübsə, qoy Mourinyo mənə zəng vursun”) cavab vermək istəməyib. “İndi heçnə demək istəmirəm. Klopp hər uğurdan sonra danışır. Mən isə belə məqamlarda danışmıram. Onu deyə bilərəm ki, yarımfinaldakı dörd komandanın hamısı güclüdür və çətin oyunlar olacaq. “Borussiya” ilə oyundan isə çərşənbə günü danışacam”.

Qeyd edək ki, “Borrusiya”  - “Real” oyunu aprelin 24-də keçiriləcək. 

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner