Mahmud Qurbanov "Turan"la oyundan danışdı

Mahmud Qurbanov "Turan"la oyundan danışdı
XƏBƏR 19 Aprel 2013 / 20:09 1781
-  A +

"Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqanın 27-cı turunda "Turan"a məğlub (0:1) olduqları oyunu şərh edib.

Qol.Az-ın məlumatına görə, gənc mütəxəssis qarşılaşmaya tam heyətlə çıxa bilmədiklərini deyib: "Cəmi 17 oyunçumuz var idi. Hücumlarımızı əsasən sol cinahdan qurduğumuz üçün ilk hissədə Elvin Həsənəliyevin zədələnməsi pis oldu. Emin Əliyev isə zədədən təzə sağalıb, istədiyimiz fiziki durumda deyil. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Gənc futbolçular təcrübəlilərdən daha enerjili olmalıdırlar, lakin bəziləri bunu anlamır”- deyə o bildirib.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner