Mourinyodan “Real”da qalıb-qalmayacağı haqda açıqlama

Mourinyodan “Real”da qalıb-qalmayacağı haqda açıqlama
XƏBƏR 19 Aprel 2013 / 17:43 3246
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo hazırkı klubunda qalıb-qalmayacağı haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu barədə qərarını mövsümün sonunda verəcəyini deyib.

“Real”ın prezidenti Florentino Perezle bu məsələ haqda hazırda danışmamağın ən yaxşı yol olduğu qərarına gəldik. Çünki indi verəcəyim qərar qarşıdakı oyunlarda futbolçularıma təsir edə bilər. Buna görə də mövsümün sonunda bununla bağlı danışıqlar aparacağıq” deyə o bildirib.


 

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner