"Qarabağ" "Bakı" ilə oyuna hazırdır

"Qarabağ" "Bakı" ilə oyuna hazırdır
XƏBƏR 19 Aprel 2013 / 16:35 1893
-  A +

"Qarabağ"  Topaz Premyer Liqanın 27-ci turunda qarşılaşacağı "Bakı" ilə oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi"ylə qarşılaşdıqdan dərhal sonra hazırlıqlara başlayıb. "Qarabağ" bu gün tək çalışmayla kifayətlənib. Ağdam təmsilçisinin  yeganə məşqi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Komandanın bütün futbolçuları çalışmada iştirak edib.

Qeyd edək ki, "Bakı" - "Qarabağ" oyunu Aprelin 21-i, saat 16:00-da Biləcəridə "Bakı"nın bazasında keçiriləcək.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner