AVRO-2020-yə daha bir namizəd

AVRO-2020-yə daha bir namizəd
XƏBƏR 19 Aprel 2013 / 14:57 2215
-  A +

AVRO-2020-nin final mərhələsinə ev sahibliyi etmək üçün daha bir şəhər namizədliyini irəli sürüb.

Qol.Az-ın məlumatına görə, Danimarkanın paytaxtı Kopenhagen şəhəri də Avropa çempionatına ev sahibliyi etmək fikrindədir. Bu barədə Danimarka Futbol İttifaqının prezidenti Allan Hansen açıqlama verib. Hansen Kopenhagenin “Parken” stadionunun namizədliyini UEFA-ya göndərəcəklərini bildirib. Sözü gedən stadion 38 min tamaşaçı tutur. UEFA qaydalarına görə isə stadion ən azı 50 min yerlik olmalıdır. Ancaq UEFA yarış keçiriləcək 13 stadiondan 2-nin az tutumlu olmasını qəbul edir. Danimarkalılar da məhz buna ümid edirlər.

Qeyd edək ki, AFFA tərəfindən Bakının da namizədliyi irəli sürülüb.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner