Totti: “Daha 2-3 il oynamaq istəyirəm”

Totti: “Daha 2-3 il oynamaq istəyirəm”
XƏBƏR 19 Aprel 2013 / 13:32 1607
-  A +

“Roma”nın 36 yaşlı kapitanı Françesko Totti daha 2-3 il futbol oynamaq niyətindədir.

Qol.Az-ın məlumatına görə, bu barədə o İtaliya mətbuatına deyib. 20 illik futbolçu karyerasında yalnız “Roma”da oynayan Totti bildirib ki, əsas məqsədi İtaliya çempionatında ən çox qol vuran Silvio Piolanın (274) rekordunu qırmaqdır. Bunun üçün isə o, daha 2-3 il oynamalıdır.

Qeyd edək ki, Totti indiyə qədər “Roma”da 227 qola imza atıb.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner