“Borussiya”nın gənc futbolçusu İlkay Gündoğan “Real”ı Çempionlar Liqasının ən yaxşı komandası hesab edir.
Qol.Az-ın məlumatına görə, AS-a danışan türk əsilli yarımmüdafiəçi ÇL-də rəqibləri “Real”ı ən güclü klub saydığını desə də, onlardan qorxmadıqlarını bildirib: “Çünki onları qrub mərhələsindəki oyunda məğlub etmişik. Şübhə yoxdur ki, “Real” indi daha yaxşı formadadır və yarımfinalda məğlubiyyətin əvəzini çıxmaq istəyəcəklər. Amma biz də rəqibimiz kim olur-olsun, hər bir komandanı məğlub etməyi bacardığımızı göstərmişik”.
22 yaşlı futbolçu qeyd edib ki, “Real”ın heyəti ulduz futbolçularla doludur: “Ancaq onların ən böyük üstünlükləri Mourinyo kimi baş məşqçilərinin olmasıdır”.
Qeyd edək ki, “Borussiya” – “Real” matçı aprelin 24-ü baş tutacaq.
Ştegen rəqib kluba keçdi
"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"
FİFA milli komandaların yeni siyahısını açıqladı
"Tottenhem"in müdafiəçisi mövsümü başa vurdu
"Barselona" yeni qapıçı axtarışına başladı
Mərakeş FİFA və CAF-ı məhkəməyə verir
"Mançester Siti" millinin futbolçusunu transfer etdi - Rəsmi
Azərbaycanlı balasının “San Siro”dakı möhtəşəm qolu - Video