Fabreqas “Real”ı seçdi

Fabreqas “Real”ı seçdi
XƏBƏR 19 Aprel 2013 / 00:10 4082
-  A +

Çempionlar Liqasında finala çıxacaqlarına əmin olan “Barselona”nın futbolçusu Sesk Fabreqas həlledici görüşdə oynamaq istədiyi klubun adını açıqlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, Londonun “Uembli” stadionunda baş tutacaq matçda “Real”la qarşılaşmaq istədiyini deyib: “Məncə, belə bir final tarixə keçər. Amma biz əvvəlcə yarımfinalda rəqibimiz “Bavariya” ilə oyunu düşünməliyik. Çünki bu matçlar da çox önəmlidir”.

Qeyd edək ki, “Bavariya” – “Barselona” matçı aprelin 23-ü baş tutacaq.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner