Andrey Rubins: “Mənim ayaqlarım daha futbola yaramır”

Andrey Rubins: “Mənim ayaqlarım daha futbola yaramır”
XƏBƏR 18 Aprel 2013 / 16:53 2344
-  A +

Latviya millisinin sabiq yarımüdafiəçisi, Azərbaycanda “İnter”, “Qarabağ” və “Simurq”da oynamış Andrey Rubins futbolçu karyerasını başa vurub.

Qol.Az-ın xəbərinə görə, bu haqda futbolçu UEFA saytına bildirib. Latviya millisində 117 oyun keçirmiş 34 yaşlı futbolçu qeyd edib ki, köhnə zədəsi ona böyük futbolda oynamağa imkan vermir.

“Ayaqlarımda ağrılar səngimir. Rahat yeriyə bilirəm. Amma bu ayaqlar daha futbola yaramır” – deyə A.Rubins bildirib.

Rubins qeyd edib ki, onu indi veteranlardan ibarət komandaya çağırırlar: “Bəlkə də bu təklifi qəbul etdim. Böyük futbolda isə qalmağın mənası yoxdur.  Çünki yarımayaqla oynamaq maraqlı deyil”.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner