Bu gün “Qəbələ” Futbol Akademiyasının yeni baş direktoru Stenli Brardın təqdimat mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, təqdimat mərasimində ilk olaraq klubun vitze-prezidenti Fariz Nəcəfov çıxış edib. Klub rəsmisi “Qəbələ” Futbol Akademiyasının 2009-cu ildən bəri olan fəaliyyətindən və uğurlarından danışıb: “Akademiyanın keçmiş direktoru Əli Yavaş vəzifəsindən ayrıldıqdan sonra artıq uzun müddət idi ki, ona əvəzləyici axtarırdıq. Nəhayət, seçimimizi Hollandiyanın “Feyonoord” uşaq futbol akademiyasının direktoru Stenli Brardın üzərində saxladıq. Hollandiya uşaq futbol məktəbləri bütün dünyada tanınır və öz dəsti-xətti ilə seçilir. “Qəbələ” də Azərbaycanda belə futbol modeli yaratmaq istəyir. Stenli Brardın rəhbərlik etdiyi Futbol Akademiyası Hollandiyada bir neçə dəfə çempionluğu və kuboku qazanıb”.
Daha sonra Stenli Brad çıxış edib. O, “Qəbələ”ni seçməsinin səbəblərindən danışıb: “Burada ikinci dəfədir oluram. Ötən ilin iyun ayında 15 yaşlı futbolçular arasında keçirilən turnirdə “Feyonoord”la birliklə bura gəlmişdim. O vaxtdan buradakı infrastrukturla, şəraitlə tanış idim. “Qəbələ”dən təkilf alanda bu amilləti nəzərə alıb razılıq verdim. Rəhbərliyin klubla bağlı planları, futbola baxışları məni qane edir. Həm də bir mütəxəssis kimi özümü xaricdə də təsdiq etmək istəyirdim. Ona görə də bu təklifi dəyərləndirdim. Burada olmağımdan çox məmnunam. Əsas məqsədimiz milli komandaya futbolçu yetişdirməkdir. Həm də bu futbolçuları xarici klublara transfer etməyi düşünürük”.
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Stenli Brardla üç illik müqavilə imzalandığını bildirib.
Qeyd edək ki, Stenli Brard indiyədək cəmi bir dəfə xarici klubda işləyib. Yaponiya klublarından birində üç il çalışan mütəxəssis bir sıra futbolçuların yetişməsində böyük rol oynayıb.
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər