“Real” dünyanın ən varlı klubu oldu

“Real” dünyanın ən varlı klubu oldu
XƏBƏR 18 Aprel 2013 / 14:07 2716
-  A +

“Forbes” jurnalı dünyanın ən varlı klublarının siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, son doqquz ildə bu siyahıya rəhbərlik edən “Mançester Yuneyted” yerinı Madrid “Real”ına verib.

İspan klubu 2004-cü ildən sonra ilk dəfə olaraq, bu siyahıda birincliyi ələ alıb. Siyahı hazırlanarkən klubun gəlirləri və bazardakı potensialı nəzərə alınıb.

“Real”ın gəlirinin 3,3 milyard dollar təşkil etdiyi bildirilir. İkinci yeri “Mançester Yunayted” (3,17 milyard), üşüncü yeri isə “Barselona” (2,6 milyard) tutur.

Siyahıda ilk onluq belədir:

1. "Real" (İspaniya) - 3,3 milyard
2. "Mançester Yunayted" (İngilgərə) - 3,17.
3. "Barselona" (İspaniya) - 2,6.
4. "Arsenal" (İngiltərə) - 1,32.
5. "Bavariya" (Almaniya) - 1,3.
6. "Milan" (İtaliya) - 945 milyon.
7. "Çelsi" (İngiltərə) - 901.
8. "Yuventus" (İtaliya) - 694.
9. "Mançester Siti" (İngiltərə) - 689.
10. "Liverpul" (İngiltərə) - 651.

 

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner