"Rəvan" AZAL-la oyuna ciddi hazırlaşır

"Rəvan" AZAL-la oyuna ciddi hazırlaşır
XƏBƏR 18 Aprel 2013 / 00:11 1442
-  A +

Topaz Premyer Liqada ardıcıl dördüncü qələbəsini qazanan "Rəvan” final mərhələsinin ilk dövrəsinin son turuna hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 27-ci turda AZAL-ın qonağı olacaq komanda matça ciddi hazırlaşır. Gündə bir dəfə olmaqla keçirilən məşqlər "Bayıl Arena”da reallaşır.

"Rəvan"ın dünən növbəti məşq baş tutub. Havanın yağmurlu olmasına baxmayaraq, futbolçuların səylə çalışmaları xüsusi vurğulanmalıdır. Təxminən saat yarım davam edən məşqdə baş məşqçi Ramil Əliyev əsasən toplu çalışmalara üstünlük verib, yetirmələrinin qapıya zərbələr və standart vəziyyətlər üzərində işləməsini istəyib.

Komanda bu gün oyunöncəsi son məşqini edəcək.

Qeyd edək ki, AZAL "Rəvan" matçı aprelin 19-u baş tutacaq.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner