Millimiz beynəlxalq turnirdə

Millimiz beynəlxalq turnirdə
XƏBƏR 17 Aprel 2013 / 16:57 1397
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 8-dən 14-ə qədər Qazaxıstanın Astana şəhərində təşkil olunacaq ənənəvi VII "Prezident Kuboku" beynəlxalq turnirində iştirak edəcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq. Qrupların tərkibini və yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
A qrupu: Gürcüstan, İran, "Botafoqo" (Braziliya), Azərbaycan
B qrupu: Qazaxıstan, Çin, Qırğızıstan, Türkmənistan
 
9 may, saat 13:00. Gürcüstan - Azərbaycan
10 may, saat 11:00. "Botafoqo" - Azərbaycan
12 may, saat 14:00. Azərbaycan - İran
 
Komandaların qrupda tutduğu yerə müvafiq olaraq mayın 13-də final mərhələsinin oyunları keçiriləcək.
 
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Son xəbərlər