“Atletiko”nun Burak Yılmazı istəməsi təsdiqləndi

“Atletiko”nun Burak Yılmazı istəməsi təsdiqləndi
XƏBƏR 17 Aprel 2013 / 13:06 2655
-  A +

"Qalatasaray"ın futbolçusu Burak Yılmazın "Atletiko"ya transfer olunub-olmayacağı məsələsinə rəsmi münasibət bildirilib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçunun meneceri Madrid klubunun Burakı istəməsini təsdiqləyib. O bildirib ki, hücumçu ilə maraqlananlar arasında başqa klublar da var.

"İtaliyanın bəzi klublarından da təkliflər gəlib. Ancaq onların adını söyləmək istəmirəm. Burak hazırda "Qalatasaray"da olmaqda məmnundur. Təklifləri is dəyənləndirəcəyik" – deyə o vurğulayıb.

Daha çox


Son xəbərlər