Mourinyo “yox” dedi

Mourinyo “yox” dedi
XƏBƏR 16 Aprel 2013 / 22:41 3445
-  A +

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo “Monako” klubunda işləməkdən imtina edib. Qol.Az-ın xəbərinə görə, bu haqda “El Confidencial” qəzeti məlumat yayıb.

Bildirilib ki, klubun rusiyalı sahibi Dmitri Rıbolovlev Mourinyonun agenti Jorje Mendeş vasitəsilə ona təklif göndərib. Lakin portuqaliyalı mütəxəssis bu təklifi qəbul etməyib.

Xatırladaq ki, hazırda Mourinyonu “Çelsi” və PSJ-nin də transfer etmək istədiyi bildirilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner