“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı

XƏBƏR 16 Aprel 2013 / 15:12 1891
-  A +

Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçının biletləri artıq satışdadır.

Qol.Az-ın "Neftçi"nin saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər biletləri “Bakcell” Arenanın kassalarından ala bilərlər. VİP sektorlara biletlərin qiyməti 5, digər biletlər isə 1 manatdır."

Neftçi" PFK və "Bakcell" Arenanın rəhbərliyi tərəfindən "Qarabağ" klubu azarkeşlərinin stadiona rahat daxil ola bilməsi üçün xüsusi kassalar ayrılıb.

“Neftçi” - “Qarabağ” qarşılaşması aprelin 17-də saat 19:30-da başlayacaq.

Son xəbərlər
Topaz Desktop Banner