Droqba "Qızıl ayaq"a namizəd oldu

Droqba "Qızıl ayaq"a namizəd oldu
XƏBƏR 16 Aprel 2013 / 00:33 2874
-  A +

Avropa futbolunun ən nüfuzlu mükafatlarından olan "Golden Foot" (Qızıl ayaq) üçün namizəd futbolçular məlum olub.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, siyahıda  Kriştiano Ronaldo, Andres İnyesta, David Trezege, Frenk Lampard, Samuel Eto'o, İker Kasilyas, Miroslav Kloze, Andrea Pirlo, Devid Bekhemlə yanaşı, "Qalatasaray"lı hücumçu Didye Droqba da var. Fransada gerçəkləşdiriləcək mükatalandırma mərasiminin hələlik dəqiq vaxtı bilinməsə də, səsvermələrə artıq start verilib.

Qeyd edək ki, "Golden Foot" mükafatının son sahibi PSJ-nin futbolçusu Zlatan İbrahimoviç olub.

Daha çox


Son xəbərlər
30.05.25  18:18

Flik: "Yamal dahidir"

30.05.25  10:50

Finalda 18 baş hakim