Fransa mətbuatı: Ueyn Runi PSJ ilə ilə razılığa gəlib

Fransa mətbuatı: Ueyn Runi PSJ ilə ilə razılığa gəlib
XƏBƏR 15 Aprel 2013 / 14:06 2114
-  A +

Fransa mətbuatı "Mançester Yunayted"in futbolçusu Ueyn Runi ilə bağlı sensasiyalı xəbər yayıb. Qol.Az-ın məlumatına görə, həmin məlumatlarda Runinin növbəti mövsümdən PSJ-də çıxış edəcəyi iddia olunub.

Bir müddət PSJ-də idman direktoru işləyən, hazırda jurnalist kimi fəaliyyət göstərən Mişel Moulin Runinin Paris klubu ilə anlaşdığını və ilkin müqaviləyə imza atdığını yazıb.

Qeyd edək ki, 27 yaşlı Runi 2004-ci ildən "Qırmızı-şeytanlar"ın formasını geydiyi 273 matçda 141 qol vurub.


 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner