"Xəzər Lənkəran” Bakı” ilə oyunun hazırlığına başladı

"Xəzər Lənkəran” Bakı” ilə oyunun hazırlığına başladı
XƏBƏR 15 Aprel 2013 / 13:56 2126
-  A +

Topaz Premyer Liqanın 26-cı turunda Tovuzun “Turan” klubu ilə qarşılaşmadan sonra bir günlük istirahətə buraxılan "Xəzər Lənkəran" bu gün bir araya gəlib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə “Bakı” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” səhər saatlarında Tofiq Bəhrəmov adına Respublika stadionunda görüşün hazırlığına start verib.

Saat yarım davam edən hazılıqda futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər.

Hazırda komandada ispan müdafiəçi Alvaro Silva zədədən əziyyət çəkir. O, fiziki hazırlıq üzrə məşqçi Erik Roketanın nəzarətində fərdi çalışmalar üzrə bərpa məşqi keçir.


Son xəbərlər
Topaz Desktop Banner