Xabi Alonso: "Ronaldoya möhtac deyilik"

Xabi Alonso: "Ronaldoya möhtac deyilik"
XƏBƏR 15 Aprel 2013 / 13:34 3304
-  A +

"Real"ın futbolçusu Xabi Alonso La Liqada "Atletik”lə (Bilbao) oyundan (3:0) sonra komanda yoldaşı Kriştiano Ronaldo haqqında maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi jurnalistlərin "Ronaldoya möhtacmısız" sualını belə cavablandırıb: "Xeyr, ona möhtac deyilik. Ancaq o da var ki, komandanın ən önəmli futbolçusu Ronaldodur. O, hər oyun qol vurmağa çalışır və bunu bacarır da. Özü də ən çətin məqamlarda buna nail olur".

Qeyd edək ki, La Liqada "Atletik” ilə görüşdə portuqaliyalı hücumçu Ronaldo iki qola və bir qol ötürməsinə imza atıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner