Millimizin futbolçusu Rumıniya çempionatında debüt etdi

XƏBƏR 14 Aprel 2013 / 15:42 2704
-  A +

Azərbaycan millisinin futbolçusu Elhad Nəziri Rumıniya çempionatında debüt edib. Qol.Az-ın məlumatına görə, yüksək liqada yarışan “Petrolul”un şərəfini qoruyan E.Nəziri “Qloriya” ilə matçın 74-cü dəqiqəsində, hesab 4:0 olarkən meydana daxil olub.

Görüş elə bu hesabla da “Petrolul”un xeyrinə başa çatıb.

Qeyd edək ki, 26 turdan sonra ehtiyatında 48 xalı olan E.Nəzirinin komandası turnir cədvəlində ikinci pillədədir. Lider “Styaua” isə  25 oyundan 63 xal toplayıb.


Son xəbərlər