Bojidar Bandoviç: "Qələbə topunu vurmağa layiq idik"

Bojidar Bandoviç: "Qələbə topunu vurmağa layiq idik"
XƏBƏR 13 Aprel 2013 / 17:41 1646
-  A +

“İlk hissəyə yaxşı başladıq. 4-5 qol imkanından yararlana bilmədik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç TopazPremyr Liqanın 26-cı turunda "Qəbələ" ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Qapımızdan qol buraxdıqdan sonra komanda oyun intizamını itirdi. Lakin sonadək mübarizə apardıq, bərabərlik topunu vurduq, 1 xal qazandıq. Qələbə topunu vurmağa da layiq idik” - deyə o qeyd edib.

 


Son xəbərlər