Ramil Əliyev: "Kəpəz"in gənc futbolçuları bizim gələcəyimizdir"

Ramil Əliyev: "Kəpəz"in gənc futbolçuları bizim gələcəyimizdir"
XƏBƏR 12 Aprel 2013 / 20:22 2178
-  A +

“Kəpəz” ilk hissədəki oyunu ilə bu qarşılaşmaya yaxşı hazırlaşdığını göstərdi. Rəqib meydanın mərkəzində yaxşı oynadı. İkinci hissədə daha sürətli oynadıq, qısa ötürmələrlə rəqibin müdafiə xəttini yarmağı bacardıq. Topa daha yaxşı nəzarət etdik, üstünlüyü ələ aldıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqanın 26-cı turunda "Kəpəz"ə qalib gəldikləri oyundan (3:0) sonra deyib.

Gənc mütəxəssis rəqib haqda da danışıb: “Kəpəz”in heyətində gənc futbolçuların oyununu bəyəndim. Bu futbolçular bizim gələcəyimizdir. Komandamı qələbə ilə təbrik edirəm”.

Son xəbərlər
Topaz Desktop Banner