“Bavariya”nın məşqçisi: “Barsa”dan qorxmuruq”

“Bavariya”nın məşqçisi: “Barsa”dan qorxmuruq”
XƏBƏR 12 Aprel 2013 / 18:22 2980
-  A +

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalının bu gün keçirilən püşkatmasının nəticəsini dəyərləndirib.

Püşkə əsasən, Münhen təmsilçisinin rəqibi “Barselona” olub.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis rəqibin çox güclü olduğunu deyib: “Ancaq biz də onlardan geri qalmırıq. Ona görə də “Barsa”dan qorxmuruq.
 “Nou Kamp”da fantastik bir atmosfer olacağından əminəm. İspan futbolçunu çox yaxşı tanıyıram. Ona görə cavab qarşılaşmasını səfərdə oynamaq bizə problem olmayacaq”.

67 yaşlı baş məşqçi Messi haqqında da danışıb: “Barselona” Messidən ibarət deyil. Katalon klubunun Xavi, İnyesta, Fabreqas, Vilya kimi güclü futbolçuları var. Ancaq sözsüz ki, Messi tam başqadır”.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner