Klopp: “Real”la düşdüyümüz üçün şanslıyıq”

Klopp: “Real”la düşdüyümüz üçün şanslıyıq”
XƏBƏR 12 Aprel 2013 / 17:21 3173
-  A +

“Borussiya”nın (Dortmund) baş məşqçisi Jürgen Klopp Çempionlar Liqasının yarımfinalında “Real”la düşmələrini dəyərləndirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis Madrid klubu ilə qarşılaşacaqlarına sevindiyini ifadə edib: “Artıq bizlər deyil, futbol danışacaq. “Real”la oynayacağımız üçün həyəcanlanmırıq. Rəqibimiz olduqca güclüdür. Amma bu mövsüm məğlub etdiyimiz komanda ilə düşdüyümüz üçün şanslıyıq”.

Qeyd edək ki, bu komandalar qrup mərhələsində də qarşılaşıblar. Həmin görüşlərdə Almaniyadakı matçda “Borussiya” 2:1 hesabı ilə qazansa da, Madriddəki oyun heç-heçə (2:2) bitib.


Qarabağ FK
Son xəbərlər
topaz banner