"Həkimlər altı aydan sonra tam sağalacağımı deyir"

"Həkimlər altı aydan sonra tam sağalacağımı deyir"
XƏBƏR 12 Aprel 2013 / 16:30 2122
-  A +

Bir müddət əvvəl Almaniyada əməliyyat olunmuş "Sumqayıt" Futbol Klubunun və 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev vətənə qayıdıb.

Qol.Az-ın məlumatına görə, komandanın bu günki məşqini izləyən futbolçu vəziyyəti ilə əlaqədar olaraq klubun rəsmi saytına açıqlama verib: "Almaniyada əməliyyat olunduqdan sonra bir həftə xəstəxanada qaldım. Hazırda özümü yaxşı hiss edirəm. Belə şeylər hər bir futbolçunun başına gəlir. Üç aydan sonra yüngül şəkildə məşqlərə başlayacağam. Ümumilikdə, həkimlər altı aydan sonra tam vəziyyətə gələcəyimi deyir. Əsas məqsədim daha tez sağalıb komandama kömək etməkdir".

Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə "Sumqayıt" Futbol Klubunun heyətində 17 oyunda (1252 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner