Kasilyas "Real"dan gedə bilər

Kasilyas "Real"dan gedə bilər
XƏBƏR 11 Aprel 2013 / 17:00 3438
-  A +

Madrid “Real”ının kapitani İker Kasilyas hazırkı klubundan ayrıla bilər.

Qol.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın nüfuzlu AS qəzeti məlumat yayıb. Bildirilir ki, ispaniyalı qapıçını “Liverpul və “Arsenal” klubları heyətlərində görmər istəyir. Bunun üçün xüsusilə, “Arsenal”ın baş məşqçisi Arsen Vengerin israrlı olduğu və  Kasilyasa 20 milyon avroluq təklif göndərəcəyi iddia olunur.

Qeyd edək ki, yanvar ayında əlindən zədələnən qolkiperin əvəzinə Joze Mourinyo  “Sevilya”dan Dioqe Lopezi komandaya transfer edib. Zədəsinin sağalmasına baxmayaraq, hələ də Kasilyasa start heyətdə yer verilmir.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner