İnyesta: “PSJ düşündüyümüzdən də güclü çıxdı”

İnyesta: “PSJ düşündüyümüzdən də güclü çıxdı”
XƏBƏR 11 Aprel 2013 / 16:49 2370
-  A +

“PSJ yaxşı futbolçulardan qurulmuş səviyyəli bir klubdur. Ona görə də oyunlarımızın çətin olacağını bilirdik. Ancaq rəqib düşündüyümüzdən də güclü çıxdı. Buna görə də problemlər yaşadıq.”.

Qol.Az-ın İspaniya mətbuatına istinadən vediyi məlumata görə, bu sözləri “Barselona”nın futbolçusu Andres İnyesta Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab matçından (1:1)sonra deyib.

İspaniyalı yarımmüdafiəçi növbəti tura keçmələrinin əsas səbəbini soyuqqanlı olmaları ilə əlaqələndirib: “Biz hər zaman qol vurmaq istəyən bir komandayıq. PSJ etdiyi əks-hücumlara görə, oyunu istədiyimiz kimi idarə edə bilmədik. Amma böyük matçlar çox zaman belə olur, Əsas olan isə turu keçmək id ki, buna da nail olduqi”.

Qeyd edək ki, iki oyunun nəticəsinə (2:2, 1:1) əsasən Katalon təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner